Bakıda və rayonlara yağış yağır – FAKTİKİ HAVA
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mərkəzi Aran regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 53 ictimai iaşə müəssisəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Gundelik.az-a verilən məlumata görə, onlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 9 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Həmin müəssisələrdən 6-sı tam sağlamlaşdırılaraq, yəni obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 3-də isə müvafiq tədbirlər görülməkdədir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Sözügedən müəssisələrlə linkdə tanış ola bilərsiniz.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.