Bakıda ev yandı – Tüstüdən zəhərlənən var
Bakıda 2 otaqlı ev yanıb, bir nəfər tüstüdən zəhərlənib.
Bu barədə Gundelik.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər rayonunda ümumi sahəsi 200 m² olan 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə, 1 ədəd kombi aparatı və 1 ədəd kondisioner yanıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.