Bakıda bu ərazidə yanğın başladı
Bakı şəhəri, Mətbuat prospektində yanğın baş verib.
Gundelik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətində şöbə rəisinin müavini Ehtiram Xəlilov bildirib.
O qeyd edib ki, yanğın otluq ərazidə baş verib:
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Yasamal Rayonu, Mətbuat prospektində açıq ərazidə və otluq sahədə yanğının baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir”.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.