Bakıda bəzi küçələrdə işıqforlar işləmir
Hazırda Bakı şəhərində mövcud olan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə həm elektrik enerjisinin olmaması, həm də texniki səbəblərdən işıqforların işində problemlər yaranır.
Gundelik.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
NİİM-in İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, qurumun əməkdaşları gücləndirilmiş iş rejimində problemin qısa müddət ərzində həll edilməsi üçün çalışırlar.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.
Yollardakı vəziyyətlə bağlı operativ məlumatlandırma təmin ediləcək.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.