Azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı
Bakının Nəsimi rayonu ərazisində yerləşən evlərdən birinin qarşısında soyğunçuluq hadisəsi baş verib.
Gundelik.az-ın məlumatına görə, naməlum şəxs azyaşlının mobil telefonunu soyğunçuluq yolu ilə talayaraq hadisə yerindən qaçıb.
Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı Ceyhun Hadıyev müəyyən olunaraq saxlanılıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Faktla bağlı həmin şəxs barəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.