“Azərişiq”dan elektrik veriliş xətləri ilə bağlı 11,1 milyon manatlıq LAYİHƏ
Hacıqabul və Salyan rayonları ərazisində Ələt Azad İqtisadi Zonası üçün ayrılmış ərazilərə düşən elektrik veriliş xətləri və qurğuları köçürüləcək.
Gundelik.az-ın məlumatına görə, bu işlər çərçivəsində, həmçinin perspektiv kabel kanallarının quraşdırılması işləri də aparılacaq.
Belə ki, “Azərişiq” Açıq Səhmdar Cəmiyyəti (ASC) bununla bağlı müvafiq işlərə start verib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
ASC hazırda sözügedən işləri icra edəcək şirkət axtarışındadır.
Eyni zamanda ASC qeyd olunan işlərin 11,1 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.