Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının tədarükü həyata keçirilir.
Gundelik.az xəbər verir ki, 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük bu gün Biləcəri stansiyasından Ermənistana yola salınır.
Neft məhsulları ilə yüklənmiş vaqonlar Azərbaycandan tranzit keçməklə Gürcüstana, oradan isə Ermənistana çatdırılacaq.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, dekabrın 18-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib. Belə ki, 22 sistern vaqona yüklənən 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.