Azərbaycanda yeni şəxsiyyət vəsiqələrinin verilməsinə başlanıldı
Azərbaycan vətəndaşlarına verilən şəxsiyyət vəsiqələri dəyişib.
Gundelik.az Modern.az-a istinadən xəbər verir ki, bir müddətdir vətəndaşlara yenilənmiş şəxsiyyət vəsiqələri təqdim edilir.
Qeyd edək ki, avqust ayında Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri əlavə edilib. Məlumat şəxsiyyət vəsiqəsinin arxa hissəsində yerləşdirilib.
Elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatlar saxlanılıb.
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.