Azərbaycanda tikinti kərpici istehsalı artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 383,4 min kubmetr tikinti kərpicləri istehsal edilib.
Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə tikinti şüşəsinin istehsal həcmi 8,3% və ya 29,3 min kubmetr artıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Cari ilin avqustun 1-nə hazır məhsul ehtiyatı 10,1 min kubmetr təşkil edib.
Qeyd edək ki, Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2025-сi ilin yanvar-iyul aylarında istehsalın ümumi dəyəri 782,9 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz azalıb.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.