Azərbaycanda sabiq rektor vəfat etdi
Azərbaycan Texniki Universitetinin (AzTU) keçmiş rektoru professor Rafiq Mehdiyev bugün səhər saatlarında vəfat edib.
Gundelik.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Qeyd edək ki, Rafiq İsrafil oğlu Mehdiyev 5 dekabr 1936-cı ildə Cəbrayıl şəhərində anadan olub. 1958-ci ildə o zamankı Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) mexanika fakültəsini bitirib, 1964-cü ildə namizədlik, 1981-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. O, 1993-2000-ci illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, 2000-2020-ci illərdə isə İstanbul Texniki Universitetində çalışıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Keçmiş rektor üçün səhər 11 radələrində Göy Məsciddə cənazə namazı qılınıb, Badamdar qəbirstanlığında dəfn edilib.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.