Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırdı
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb.
Gundelik.az xəbər verir ki, bunlar “Skynet” MMC və “Robonet” MMC-lərdir.
Nəticədə sözügedən provayderlərin uçotu ləğv edilib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xatırladaq ki, “Skynet” 2023-cü ilin aprel ayında, “Robonet” MMC isə 2024-cü ilin yanvar ayında uçota alınıb.
Bununla da ölkədə uçota alınmış internet operator, provayder və host provayderlərin sayı 194 olub.
Qeyd edək ki, internet operator və provayderlərinin uçota alınmasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.