Azərbaycanda günəş elektrik stansiyalarında istehsal artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalar 184,2 milyon kVt-saat elektrik enerjisi istehsal edib.
Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu,ötən ilin eyni dövrü ilə müqayisədə 28,7 milyon kVt-saat və ya 18,5% çoxdur.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-may aylarında 1,518 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 252,9 milyon manat təşkil edib.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.