Azərbaycanda ev təsərrüfatlarına kredit qoyuluşları 19 milyard manata yaxınlaşıb
Ötən ilin dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən ev təsərrüfatlarına qoyulmuş kreditlərin həcmi 18,718 milyard manata çatıb.
Gundelik.az bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 134,6 milyon manat və ya 0,7%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 1,9 milyard manat və ya 11,3% çoxdur.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, ümumilikdə ötən ilin dekabrın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,009 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 294,5 milyon manat və ya 0,9%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,4 milyard manat və ya 8,3% artım deməkdir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.