Azərbaycanda bu sektora 1,6 milyard manat kredit qoyulub
Bu ilin sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən sənaye və istehsal sektoruna qoyulmuş kreditlərin həcmi 1,6 milyard manata çatıb.
Bu barədə Gundelik.az Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 10,5 milyon manat və ya 0,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 144,8 milyon manat və ya 9,9% çoxdur.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, ümumilikdə, hesabat dövründə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 30,995 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 208,2 milyon manat və ya 0,7%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,9 milyard manat və ya 10,2% artım deməkdir.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.