Azərbaycanda avtomobillərin qeydiyyatı rəqəmsallaşdırılır
Nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması elektron qaydada həyata keçiriləcək.
Gundelik.az-ın məlumatına görə, qeydiyyat Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən icra ediləcək.
Belə ki, Daxili İşlər Nazirliyi 2026-cı ilin iyunun 1-dək xidmətin rəqəmsallaşdırılmasının mümkün mərhələlərini müəyyən etməlidir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 2026-cı il iyulun 29-dək müəyyən edilmiş mərhələləri RİNN tövsiyyəsi nəzərə alınmaqla rəqəmsallaşdırmalıdır.
Xidmətin “mygov” platformasında istifadəyə verilməsi bu ilin noyabrın 30-dək həyata keçirilməlidir.
Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyinə müvafiq tapşırıqlar verilib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.