Azərbaycanda 19 illik tibb müəssisəsi bağlanır

Azərbaycanda 19 illik tibb müəssisəsi bağlanır

“Tibb Dünyası” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv olunur.

Gundelik.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.

Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1001 Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsi, ev 5, mənzil 92 ünvanına bildirə bilərlər.

Sözügedən MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Həsənova Natalya Nikolayevnadır.

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.