Azərbaycan və Ukrayna səhiyyə sahəsində əməkdaşlıq edəcək
Azərbaycan və Ukrayna səhiyyə sahəsində əməkdaşlıq edəcək.
Gundelik.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiqi barədə Fərman imzalayıb.
Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ukrayna Hökumətinə bildiriş göndərəcək.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, sözügedən saziş 2025-ci il noyabrın 1-də Bakı şəhərində imzalanıb.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.