Azərbaycan Milli Qvardiyasına komandan təyin edildi
Azərbaycan Milli Qvardiyasına yeni komandan təyin edilib.
Gundelik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq Sərəncam imzalanıb.
Sərəncama əsasən, polkovnik Ramin Babayev Milli Qvardiyanın komandanı kimi təsdiqlənib. Milli Qvardiya Prezidentin Təhlükəsizlik Xidmətinə tabedir. R. Babayev də bu təyinatadək həmin Xidmətin kadrlar idarəsinin rəisi işləyib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, Milli Qvardiyanın əvvəlki komandanı general-mayor Akif Yusifov bu yaxınlarda vəzifəsindən azad edilib. PTX-də islahatlar davam edir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.