Azərbaycan Mərkəzi Bankı üç şirkəti cərimələdi
Azərbaycan Mərkəzi Bankı (AMB) “A+CO” və “Diadem” ASC-ləri, eləcə də “Ekolizinq” MMC-ni cərimə edib.
Gundelik.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulduğu üzə çıxıb. Odur ki, məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq şirkətlərin hər biri 2 000 manat cərimə olunub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.