Aytən Qurbanova Özbəkistan–Azərbaycan Dostluq Mərkəzinin rəhbəri təyin olunub

Aytən Qurbanova Özbəkistan–Azərbaycan Dostluq Mərkəzinin rəhbəri təyin olunub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təklifi ilə Özbəkistanın Qarşı şəhərində fəaliyyət göstərən Asiya Texnologiyalar Universitetində Özbəkistan -Azərbaycan dostluq mərkəzi açılıb. Mərkəzin açılışında Asiya Texnologiyalar Universitetinin rektoru, Özbəkistan Respublikası Millətlərarası Münasibətlər və Xaricdəki Həmvətənlər Komitəsinin Dostluq Cəmiyyətləri və Qardaş Regionlarla Əməkdaşlıq şöbəsinin müdiri Urakov Abdumalikxon, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçiləri Qəmbərova Gülnar, Ağazadə İlhamə, Bayramova Səadət, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının rektoru, professor Yusif Alıyev,

Azərbaycan Yazıçılar  Birliyinin mətbuat katibi, Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rza, Türkiyəli alim və şair Mahmut Özkoca, Azərbaycanlı alim və şair Bəhruz Niftəliyev və b.  iştirak edib.  Təntənəli açılış mərasimində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi f.f.d Aytən Qurbanova Asiya Texnologiyaları Universitetinin nəzdindəki Özbəkistan-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri təyin edilib. O, qeyd edib ki, bu mərkəzin təşkili Azərbaycan və Özbəkistan ortaq milli köklərinin, milli dəyərlərin təbliği məsələsində hər iki ölkə gənclərinin münasibətlərinin birgə inkişafına daha geniş vüsət verəcəkdir.

         

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.