Avstraliyada təyyarə qəzasında 2 nəfər ölüb, 10 nəfər yaralanıb
Avstraliyada Parafild hava limanı yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Gundelik.az xəbər verir ki, bu barədə Cənubi Avstraliya ştatının polisi açıqlama yayıb.
Qəza nəticəsində 2 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Məlumata görə, təyyarə eniş edərkən anqara çırpılıb. Nəticədə yanğın baş verib.
Təyyarənin göyərtəsində olan hər iki şəxs hadisə yerində ölüb. Yaralananlar isə anqarın yaxınlığındakı insanlar olub. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.