Antalya meriyasında əməliyyat – 25 nəfər saxlanılıb
Türkiyənin Antalya Böyük Şəhər Bələdiyyəsinə qarşı korrupsiya ittihamları üzrə aparılan istintaq çərçivəsində meriyada növbəti əməliyyat-axtarış tədbirləri keçirilib.
Gundelik.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Əməliyyat Antalya meri Muhittin Böcek və onun oğlu Gökhan Böcekdən alınan və CHP-dəki rüşvət şəbəkəsini ifşa edən ifadələr əsasında, Antalya Baş Prokurorluğunun koordinasiyası ilə həyata keçirilib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Əməliyyat çərçivəsində 25 nəfərin saxlanıldığı bildirilir. Şübhəlilərin polis idarəsində istintaq hərəkətlərinin davam etdiyi qeyd olunub.
İstintaqın əhatə dairəsinə dair detallara yaxın saatlarda aydınlıq gətiriləcəyi gözlənilir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.