AMB-nin bank və BOKT-lara xalis tələbləri ARTDI
Bu ilin sentyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 8,073 milyard manat təşkil edib.
Bu barədə Gundelik.az AMB-dən məlumat əldə edib.
Məlumata görə, bu göstərici bir ay əvvələ nisbətən 206,7 milyon manat və ya 2,6% artıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Həmçinin xalis tələblər bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,3 milyard manat və ya 14,3% azalıb.
Qeyd edək ki, 2025-ci ilin avqustun 1-nə AMB-nin banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 7,866 milyard manat, 2024-cü ilin sentyabrın 1-nə isə 9,419 milyard manat təşkil etmişdi.
Gundlik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.