7 azərbaycanlı tələbə Küveyt Universitetində təhsil alacaq
2025/2026-cı tədris ilində Küveyt Dövlətinin ayırdığı təqaüd proqramı çərçivəsində 7 nəfər Azərbaycan Respublikası vətəndaşı Küveyt Universitetində təhsil almaq hüququ qazanıb.
Bu barədə Gundelik.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, yekun qərar nəticəsində seçilən tələbələr universitetin Dillər Mərkəzində birillik ərəb dili üzrə təkmilləşdirmə kursuna cəlb olunacaqlar.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, təqaüd çərçivəsində tələbələrin təhsil, yaşayış və beynəlxalq nəqliyyat xərcləri tam şəkildə Küveyt Dövləti tərəfindən ödəniləcək.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.