İyul 8, 2026
Baku
Xəbərlər

Vaşinqton ilə Karakas arasında gərginlik

ABŞ-ın 238 venesuelalı miqrantı El Salvadorun məşhur mega-həbsxanasına deportasiya etməsi Venesuela prezidenti Nikolas Maduro tərəfindən “oğurluq” kimi qiymətləndirilib. Maduro bildirib ki, həmin şəxslər heç bir cinayət törətməyib və onların dərhal geri qaytarılmasını tələb edib. Donald Tramp administrasiyası bu şəxslərin cinayətkar “Tren de Aragua” dəstəsinin üzvləri olduğunu iddia etsə də, bununla bağlı konkret sübut təqdim etməyib. Deportasiya ABŞ-da məhkəmə qərarına baxmayaraq həyata keçirilib və bu addım Vaşinqton ilə Karakas arasında gərginliyi daha da artırıb. Venesuelada minlərlə insan etiraz aksiyası keçirərək deportasiya olunanların geri qaytarılmasını tələb edib. Maduro hökuməti də onların vətənlərinə qaytarılması üçün rəsmi addımlar atacağını bildirib.

Gundelik.az