Amnistiya aktının icrasına başlanıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə parlamentin qəbul etdiyi amnistiya aktının icrasına başlanılıb.
Gundelik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu saatlardan etibarən cəzaçəkmə müəssisələrindən məhkumların azad edilməsinə start verilir.
Bu, ən böyük amnistiya aktı hesab olunur. 20 min məhkuma şəmil ediləcək sənədə əsasən 5 minə yaxın şəxs həbs cəzalarından tam azad ediləcək.
Həmçinin azadlıqdan məhrum etmə növündə cəza çəkən 3 minə yaxın məhkumun cəzası 6 ay azaldılacaq.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qalan hissə isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan və azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilənlərə aiddir.
Ədliyyə Nazirliyi bu qərarı 4 ay ərzində icra etməlidir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.